Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-ə məktub göndər

Məktub yaz

Hörmətli istifadəçilər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinin hər bir istifadəçisinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

Hörmətli istifadəçilər

  1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Göndərilən elektron məktublara Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı olduqda baxıla bilər(qəbul olunacaq)
  3. Məktubda müraciət edən vətəndaşın adı, soyadı, atasının adı, poçt və email ünvanı qeyd olunmalıdır .
  4. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  5. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  6. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  7. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  8. Zəruriyyət yaranarsa Nazirliyin məsul əməkdaşları müraciət edən vətəndaş haqqında məlumat əldə etməyə ixtiyarı var.
  9. Vətəndaşların elektron müraciətlərinə cavab yalnız qeyd edilən poçt ünvanına göndəriləcək.
  10. Şəxsi məlumatlar barədə qanunvericiliyə uyğun olaraq müraciət edən vətəndaşın şəxsi məlumatları saxlanılır və təhlil edilir.

Hörmətli istifadəçilər! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

  • Elektron müraciətin mətni 2000 işarədən çox olmamalıdır.
  • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Fövqəladə Hallar Nazirliyinin E-mail: info@fhn.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
  • Azərbaycan Respublikası, Bakı, Az1073, M.Müşfiq küçəsi, 501-ci məhəllə
Məktub yaz
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu