Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 iyun 2021-ci il saat 14:00-dək:

Sabirabad rayonunun Həşimxanlı kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb...

15 iyun 2021-ci il saat 11:15-dək:

Ağstafa rayonunun Köçəsgər kəndində "DAF" markalı yük avtomobilinin qabaq təkərləri və kabinə hissəsi yanıb...

15 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...

15 iyun 2021-ci il saat 08:30-dək:

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb...

15 iyun 2021-ci il saat 02:00-dək:

Samux rayonunun Qovlarsarı kəndində həyətyanı sahəyə yığılan 33 ton ot bağlamasının 18 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub...

14 iyun 2021-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Şirvan və Astara sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub...

14 iyun 2021-ci il saat 20:15-dək:

Masallı rayonunun Yelağac kəndində ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb...

14 iyun 2021-ci il saat 16:45-dək:

Sabirabad rayonunun Cavad kəndində ümumi sahəsi 100 m² olan quşçuluq sexinin qamışdan ibarət tavanı, bitişik ümumi sahəsi 100 m² olan dəmir konstruksiyalardan ibarət talvarın taxta atmaları və altına yığılan 3 ton ot bağlaması yanıb...

14 iyun 2021-ci il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Talıstan kəndində iribuynuzlu heyvanın dərinliyi təqribən 2 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...

14 iyun 2021-ci il saat 12:05-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şəmkir su anbarında aparılan axtarış işləri başa çatıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr