Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 iyun 2019-cu il saat 19:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda məktəbin həyətyanı ərazisində 700 m² sahədə quru ot və kol-kos yanıb.

30 iyun 2019-cu il saat 15:45-dək:

Goranboy rayonunun Nərimanlı kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 2 ədəd məişət avadanlığı yanıb.

30 iyun 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

30 iyun 2019-cu il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb.

30 iyun 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb...

29 iyun 2019-cu il saat 23:45-dək:

Abşeron rayonunda ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb...

29 iyun 2019-cu il saat 22:30-dək:

Astara rayonunun Şiyəkaran kəndində ümumi sahəsi 21 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb...

29 iyun 2019-cu il saat 22:15-dək:

Lənkəran rayonunun Gəgiran kəndində “Hirkan Milli Park” ərazisində 1,2 ha sahədə kol-kos, qurumuş ağac qırıntıları və kötükləri yanıb...

29 iyun 2019-cu il saat 21:45-dək:

Bərdə rayonunun Güloğlular kəndində 40 m² biçilmiş taxıl sahəsi yanıb...

29 iyun 2019-cu il saat 21:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Nardaran-2, Zuğulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr