Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 fevral 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin elektrik avadanlıqları qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. 

14 fevral 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 43 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 1,5 ton ot bağlaması və 20 p.m çəpər yanmışdır.

14 fevral 2016-cı il saat 14:35-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanmışdır. 

14 fevral 2016-cı il saat 11:45-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 2 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin döşəməsi, mətbəx mebeli və məişət əşyaları 15 kv.m sahədə yanmışdır.

14 fevral 2016-cı il saat 10:45-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Boladi kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanmışdır.

14 fevral 2016-cı il saat 04:00-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonu, Böyük Həmyə kənd yolunun 7-ci kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır...

13 fevral 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış...

13 fevral 2016-cı il saat 21:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şəmkir şəhərində, mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər....

13 fevral 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş,...

13 fevral 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus “OPEL” markalı minik avtomobilinin salonunda elektrik lövhəsi yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr