Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 iyun 2014-cü il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

15 iyun 2014-cü il saat 19:15-dək:

Quba rayonu, Nərimanabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə və talvarın altına yığılmış 500 kq ot bağlamasının 300 kq yanmışdır. Talvarın və ot bağlamasının...

15 iyun 2014-cü il saat 10:30-dək:

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və çardağı 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 iyun 2014-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Aşağı Küncüt kəndində(rayon mərkəzindən 25 km aralı) "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşmışdır. 

15 iyun 2014-cü il saat 04:00-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan ərzaq mağazasının anbar otağında 6 kv.m sahədə ərzaq malları və anbarın tavanı 3 kv.m sahədə yanmışdır.

14 iyun 2014-cü il saat 21:30-dək:

Zərdab şəhərində vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır.

14 iyun 2014-cü il saat 20:30-dək:

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı 76 kv.m və dam örtüyünün yanar konstruksiyaları 110 kv.m sahədə yanmışdır. 

14 iyun 2014-cü il saat 18:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 1300 kv.m olan ikimərtəbəli 8 otaqlı mansard tipli evin mansardının, mətbəxinin, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 127 kv.m sahədə yanmışdır.

14 iyun 2014-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu Niyazabad kəndində “Opel” və “Chevrolet” markalı iki minik avtomobili toqquşmuşdur.

14 iyun 2014-cü il saat 15:00-dək:

Yevlax rayonu, Xanabad kəndində vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 2 ton ot bağlamasının 500 kq-ı yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr