Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 may 2014-cü il saat 18:15-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 450 kv.m olan restoranın yanar konstruksiyaları 260 kv.m sahədə yanmışdır.

29 may 2014-cü il saat 15:30-dək:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

29 may 2014-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Yevlax-Bərdə yolunda “SHACMAN” və “İSUZİ” markalı iki yük avtomobili toqquşmuşdur. 

29 may 2014-cü il saat 05:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 190 kv.m sahədə yanmışdır. 

28 may 2014-cü il saat 17:30-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. 

28 may 2014-cü il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. 

28 may 2014-cü il saat 08:20-dək:

Bakı şəhəri, Nərimanov rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 5 kv.m olan gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

28 may 2014-cü il saat 04:00-dək:

İmişli rayonu, Yalavac kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 490 kv.m olan birmərtəbəli ərzaq mağazasının taxtadan ibarət tavanı 12 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 may 2014-cü il saat 22:30-dək:

Ağcabədi rayonu, Çıraqlı kəndində vətəndaşa məxsus qamışdan ibarət ümumi sahəsi 160 kv.m olan tövlənin yanar konstruksiyaları 100 kv.m və dama yığılmış 9 ton ot bağlamasından 8 tonu yanmışdır...

27 may 2014-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Sumqayıt magistral avtomobil yolunun 29-cu kilometrliyində döyüş sursatları aşkarlanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr