Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

04 may 2014-cü il saat 06:00-dək:

Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış ümumi çəkisi 1.5 ton ot bağlamasının 0.5 tonu yanmışdır...

04 may 2014-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şabran yolunun 129-cu kilometrliyində, Şabran rayonu ərazisində "VAZ" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.

03 may 2014-cü il saat 23:00-dək:

Ağsu rayonu, Bozavand kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır...

03 may 2014-cü il saat 21:00-dək:

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının döşəməsi 10 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. 

03 may 2014-cü il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1946-cı il təvəllüdlü qadın evdə köməksiz vəziyyətdə qalmışdır...

03 may 2014-cü il saat 17:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda yolun kənarında bir-birinə yaxın məsafədə dayanmış vətəndaşlara məxsus "Kamaz" və "Scnia" markalı yük avtomobillərinin kabinə hissələri, digər "Kamaz" markalı yük avtomobillinin arxa hissəsinin plastik üzlüyü 3 kv.m sahədə yanmışdır. Avtomobillərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın...

03 may 2014-cü il saat 12:30-dək:

Qobustan rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonunun yanar hissələri yanmışdır...

03 may 2014-cü il saat 11:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 20 kv.m olan hamamın taxtadan ibarət üzlüyü 4 kv.m sahədə yanmışdır.

03 may 2014-cü il saat 00:10-dək:

Ağdaş rayonu, Qəsil kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "KİA" markalı mink avtomobili yol kənarındakı dəmir köşkə çırpılmışdır. Qəza nəticəsində avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobilin sahibi müxtəlif bədən xəsərətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Rayon...

02 may 2014-cü il saat 22:45-dək:

Göyçay rayonu, Üngütlü kəndində (rayon mərkəzindən 8 km aralı) gücü 110 kVt olan   transformatorun elektrik açarı yanmış...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr