Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

12 aprel 2012-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində “Azərsun Holdinq” MMC-yə məxsus istehsalat sahəsinin ərazisində hər birinin sahəsi 30 kv.m olan, tikintisi başa çatmamış 2 ədəd su hovuzunda qır və tol örtüyü 60 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:51-də...

11 aprel 2012-ci il saat 18:30-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 163 kv.m olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 kv.m sahədə yanmışdır. Yanğın zamanı tüstülənmiş zonadan 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğınsöndürənlər...

11 aprel 2012-ci il, saat 17:30:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər...

11 aprel 2012-ci il, saat 15:30:

Bakı şəhəri, Nəsimi rayonunda Bakı Dəmir Yolu Vağzalının ərazisində partlayıcı qurğu olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi məqsədilə hadisə yerinə cəlb edilmişlər. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər....

11 aprel 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 580 kv.m olan 207 saylı uşaq baxçasının ikimərtəbəli binasının 1-ci mərtəbəsində məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 70 kv.m...

11 aprel 2012-ci il saat 02:00-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində, 2 ha sahədə qamışlıq sahə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur.

10 aprel 2012-ci il saat 18:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xətai rayonunda İcra Hakimyyətinə məxsus ümumi sahəsi 580 kv.m olan 207-saylı uşaq bağçasının ikimərtəbəli binasının 1-ci mərtəbəsində məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 70 kv.m olan otağın yanar konstruksiyaları yanmışdır.

10 aprel 2012-ci il, saat 17:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır.

10 aprel 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

9 aprel 2012-ci il saat 20;35-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində yeni tikilməkdə olan binanın üst mərtəbəsində taxta qəliblər yanır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr