Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2023/2024-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2023-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2023-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

· tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);

· şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

· hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

· tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;

· tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;

· yaşayış yerindən arayış;

· 4 ədəd 6x4 sm ölçüdə fotoşəkil ağ fonda,

· Dövlət İmtahan Mərkəzinin rəsmi saytında təsdiqlənmiş abituriyentin elektron ərizəsi.

Xüsusi həkim ekspertiza komissiyasına təqdim edilən sənədlər:

· DƏRİ-ZÖHRƏVİ dispanserindən arayış, qanın RW markerinə görə müayinəsinin nəticəsi ilə;

· RUHİ-ƏSƏB dispanserindən arayış;

· NARKOLOJİ dispaserindən arayış;

· VƏRƏM dispanserindən arayış , Döş qəfəsi orqanlarının rentgen müayinəsinin nəticəsi ilə;

· Son 5 il ərzində qeydiyyatda olduğu poliklinikaya müraciəti haqqında arayış;

· Qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi;

· Burunətrafı ciblərin rentgenoqrafiyası;

· Sidiyin ümumi analizi;

· Qanın ümumi (kliniki) analizi (leykoformula ilə);

Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, imzası və möhürü olmalıdır.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini göndərməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

WhatsApp: (055) 375-14-14.

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.

Digər məlumatlar

Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciəti

Xalqımızın sevimli Novruz bayramı bir sıra özünəməxsus mərasimlərlə, o cümlədən bayram tonqalları və açılan bayram süfrələrində şamların yandırılması ilə xarakterizə olunur....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib....

Ardını oxu

FHN-in Akademiyasında Novruz bayramı qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. ...

Ardını oxu