Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

Mülki müdafiə qoşunlarının şəxsi heyəti 27 Sentyabr – Anım Gününü qeyd edib
27 sentyabr 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) şəxsi heyəti 27 Sentyabr – Anım Gününü qeyd edib.

27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
27 sentyabr 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Nazir Kəmaləddin Heydərov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb (video, foto)
27 sentyabr 2023-cü il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndinə yola düşüb (video, foto)
27 sentyabr 2023-cü il

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 avtomobili və 50 nəfərlik heyət yola düşüb.

FHN Mətbuat xidmətinin məlumatı
27 sentyabr 2023-cü il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycan nümayəndə heyəti AEBA-nın Baş Konfransının 67-ci sessiyasında iştirak edir
27 sentyabr 2023-cü il

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Baş Konfransının 67-ci sessiyasında iştirak edir.

Nazir Kəmaləddin Heydərovun Göygöl şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişib
27 sentyabr 2023-cü il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 sentyabr 2023-cü il tarixində Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)
26 sentyabr 2023-cü il

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə Xankəndi şəhərinə yola düşüb (video, foto)
26 sentyabr 2023-cü il

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.

Çexiyalı mütəxəssislər FHN əməkdaşları üçün təlim kursu keçiblər
26 sentyabr 2023-cü il

16-23 sentyabr 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin (TAMA) təşkilatçılığı ilə “Kütləvi qırğın silahlarının yayılmamasına” dair Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün “Canlı Agent” (Live Agent) üzrə praktiki təlim...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr