20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təcrübəli müəllim heyəti tərəfindən təşkil olunan kursların tədrisi FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin müxtəlif qaynaq tikişlərininn və ilmələrin yerinə yetirilməsi səviyyəsinin yüksəldilməsinə, bu istiqamətdə biliklərinin artırılmasına xidmət edir.