AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ

Geri

20 fevral 2024-cü il saat 19:35-dək:

Xızı şəhərində “ГАЗ” markalı yük avtomobilinin kabina hissəsi və 2 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 fevral 2024-cü il saat 19:30-dək:

Bərdə rayonunun Lək kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 fevral 2024-cü il saat 19:25-dək:

Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 42 m² olan vaqonun taxtadan ibarət üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 fevral 2024-cü il saat 19:20-dək:

Xaçmaz rayonunun Hacıabdurəhimoba kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 2,5 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 fevral 2024-cü il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

20 fevral 2024-cü il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

20 fevral 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

Geri

20 fevral 2024-cü il saat 08:15-dək:

Bərdə şəhərində bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 52 m² olan əczaxananın yanar konstruksiyaları yanıb. Bitişik obyektlər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 fevral 2024-cü il saat 08:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 12 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və elektrik dirəyindən keçən kabel 3 p.m yanıb. Yüksək temperaturdan yaxınlıqda yığılan 9 m³ taxta lövhələr və 6 m² sahədə taxta materialları qismən qarsalanıb. Əraziyə yığılan taxta materialları və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 fevral 2024-cü il saat 07:45-dək:

İmişli rayonunun Çahar kəndində ümumi sahəsi 60 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu və kisələrə yığılan 5 ton arpanın 1,5 tonu yanıb. Ot bağlamalarının, arpanın qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.