AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ

Geri

15 avqust 2022-ci il saat 11:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 75 m² olan 4 otaqlı mənzildə çarpayı və divan yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Geri

15 avqust 2022-ci il saat 11:15-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 200 m² olan talvarın altına yığılan 6 ton ot bağlamasının 1,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2022-ci il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində  1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

15 avqust 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 9 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 avqust 2022-ci il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunda “КAMAZ” və “Ford” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan “Ford” markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunda “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 avqust 2022-ci il saat 01:30-dək:

Xaçmaz rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 32 m² olan birmərtəbəli, dəmirdən ibarət kotecin taxta üzlüyü, yaxınlıqda ümumi sahəsi 80 m² olan digər birmərtəbəli 1 otaqlı kotecin hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə, 1 ədəd plastmasdan ibarət qapı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Kotecin qalan hissəsi və istirahət mərkəzinin ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Fəxralı kəndində həyətyanı sahədə yığılan 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yardımlı rayonunun Telavar kəndində ümumi sahəsi 48 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2022-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.