AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Vəndam qəsəbəsində bir baş iribuynuzlu heyvanın dərinliyi təqribən 3 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Şimal-qərb Regional mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Ağsu şəhərində ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 6,7 ton ot bağlamasının 1,2 tonu, bitişik ümumi sahəsi 40 m² olan köməkçi tikilinin tavanı 10 m² sahədə və içərisinə yığılan 2 m² sahədə taxta materiallar, ümumi sahəsi 230 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın tavanı 6 m² sahədə yanıb. Evin, köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 85 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması, ətrafına yığılan 14 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Quba rayonunun Barlı kəndində ümumi sahəsi 15 m² olan obyektin (fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıt şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin yükvurma stansiyasının ərazisində (hazırda fəaliyyət göstərmir, məcburi köçkünlər məskunlaşıb) ümumi sahəsi 100 m² olan taxtadan ibarət köməkçi tikili və içərisində ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şabran rayonunun Təzəkənd kəndində “Hidromek” markalı ekskavator yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə ekskavatorun yanar hissələri yanıb. Elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Xızı rayonunun Tıxlı kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Quba rayonunun İqrığ kəndində fəaliyyət göstərməyən fermanın ərazisində ümumi sahəsi 700 m² olan birmərtəbəli tikilinin (qeyri-yaşayış) dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.
Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 160 m² olan (hər mərtəbəsi 80 m²) ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik qaraj və içərisindəki avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Xallıcalı kəndində ümumi sahəsi 45 m² olan talvarın taxta atmaları 25 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Goranboy rayonunun Təklə kəndində həyətyanı ərazidə 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Cəlilabad şəhərində həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.