AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ








Geri

04 iyul 2022-ci il saat 20:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan şəhərində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyul 2022-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub. Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Geri

04 iyul 2022-ci il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri

04 iyul 2022-ci il saat 16:00-dək:

Şəmkir rayonunun Zəyəm qəsəbəsində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün taxta atmaları 20 m² sahədə və damına yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun Ukur kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyul 2022-ci il saat 14:45-dək:

Abşeron rayonunun Digah qəsəbəsində 8 boksdan ibarət ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin 3 boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, 2 boksunun içərisində təmirə dayanan 2 ədəd “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan 2 boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 iyul 2022-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

04 iyul 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

04 iyul 2022-ci il saat 08:00-dək:

Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 12 m² olan (istifadəyə yararsız) taxta konstruksiyadan ibarət kotec yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş rayonunun Xosrov kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tərtər rayonunun Sarov kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Binəqədi rayonunda “Toyota” markalı minik avtomobilinin ön hissəsi yanıb. Yüksək temperaturdan digər “Toyota” markalı minik avtomobilinin buferi əriyib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyul 2022-ci il saat 01:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozun kabinəsində oturacaq və taxta üzlük 1 m² sahədə yanıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.