AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ








Geri

27 iyun 2022-ci il saat 16:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Həsənabad qəsəbəsində ümumi sahəsi 40 m² olan tövlənin tavanı 15 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyun 2022-ci il saat 09:15-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyun 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.


Geri

27 iyun 2022-ci il saat 07:30-dək:

Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 120 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 11 ton ot bağlamasının 9 tonu, bitişik ümumi sahəsi 28 m² olan tövlənin dam örtüyü 3 m² sahədə yanıb. Hər iki tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyun 2022-ci il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.


Geri

27 iyun 2022-ci il saat 02:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılan 3,6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.