AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ








Geri

24 iyun 2022-ci il saat 21:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda metaləritmə sexinin ərazisində transformatorun yağı və sarğıları yanıb. Yüksək temperaturdan yaxınlıqdakı 4 ədəd transformator qarsalanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Surra kəndində ferma ərazisində ümumi sahəsi 70 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 iyun 2022-ci il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

24 iyun 2022-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri

24 iyun 2022-ci il saat 16:40-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

24 iyun 2022-ci il saat 14:00-dək:

Cəlilabad rayonunun Göytəpə şəhərində həyətyanı sahədə yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 iyun 2022-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində "ЗИЛ" markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1963-cü il təvəllüdlü Hacırəhimov Mahir Zakir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

24 iyun 2022-ci il saat 08:45-dək:

Qəbələ rayonunun Mollaşıxalı kəndində ümumi sahəsi 290 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 18 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğınsöndürənlər tərəfindən tövlənin içərisində olan 22 baş iribuynuzlu heyvan təhlükəsiz əraziyə köçürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyü 4 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 50 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və içərisindəki mallar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunun Güllük kəndində ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları 20 m² sahədə, altında 15 m² sahəyə yığılan taxta yonqarı və qismən 2 ədəd dəzgah yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 iyun 2022-ci il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

24 iyun 2022-ci il saat 07:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda "Zontes" markalı motosikletin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Samuxlu kəndində ümumi sahəsi 665 m² olan birmərtəbəli kənd orta məktəb binasının 1 otağına yığılan istifadəyə yararsız avadanlıqlar 28 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.