AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Bərdə rayonunun Böyük Göyüşlü kəndində ümumi sahəsi 35 m² olan qamışdan ibarət tövlə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin mətbəxində 1 ədəd qaz sobası və qismən 3 p.m mebel yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Gədəbəy rayonunun Söyüdlü kəndində ümumi sahəsi 38 m² olan birmərtəbəli evin 1 otağının tavanı 9 m² sahədə və bitişik, ümumi sahəsi 6 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli evin mətbəxində soyuducu, qaz sobası, aspirator və 15 p.m mebel yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.