AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ







Geri

26 iyul 2021-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 iyul 2021-ci il saat 18:45-dək:

İmişli rayonunun Cavadxanlı kəndində həyətyanı sahəyə yığılan 18 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Qullar kəndində ümumi sahəsi 24 m² talvarın yanar konstruksiyaları 15 m² sahədə və talvarın altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarını qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Naftalan şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Geri

26 iyul 2021-ci il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 iyul 2021-ci il saat 14:30-dək:

Salyan rayonunun Xələc kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 14:15-dək:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və şaxta boyunca 15 p.m kabel yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 35 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Əhmədbəyli kəndində ümumi sahəsi 504 m² (hər mərtəbəsi 252 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 252 m² sahədə, birinci mərtəbəsinin 2 otağının yanar konstruksiyaları 92 m² sahədə, digər 2 otağının tavanı 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Dəliməmmədli kəndində həyətyanı sahəyə yığılan 22 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 13:30-dək:

Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oğuz rayonunun Ərmənət kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 1 m² sahədə və dam örtüyü 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

26.07.2021-ci il tarixində saat 10:30 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınıb, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:50-də söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının zirzəmisindən 16-cı mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 51 p.m, pilləkən qəfəslərində quraşdırılmış 14 ədəd plastik qapı yanıb.

Yanğın zamanı sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən təxliyə tədbirləri nəticəsində 45 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Geri

26 iyul 2021-ci il saat 07:30-dək:

Abşeron rayonunun Atyalı qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 05:00-dək:

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yaxınlığında Qala-Zığ yolunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində 7 ha olan açıq əraziyə yığılmış məişət və plastik tullantıları təqribən 1 ha sahədə yanıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Geri

26 iyul 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.