AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ








Geri

FHN və DİN “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən FHN-in Gəncə Regional Mərkəzində və Göygöl rayonunun Zurnabad kəndi ərazisindəki meşə massivi ilə əkin sahəsinin sərhədində - açıq havada “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Gəncədə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağəli Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Natiqlər, həmçinin meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən danışıb, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlamanın, həmçinin meşəərtafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Daha sonra mövzu ətrafında Kənd Təsərrüfatı Nazirliyi Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məmməd Tağıyev, Qazax Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Azad Hümbətov mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə geniş fikir mübadiləsi aparıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Göygöl rayonunun Zurnabad kəndi ərazisindəki meşə massivi ilə əkin sahəsinin sərhədində texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib

8 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu...

Ardını oxu