AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ








Geri

FHN-in kikboksinq komandası uğurlu nəticələrə imza atıb

20-22 may 2022-ci il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

Çempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “full contact” və “low kick” növləri üzrə mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin kikboksinq üzrə kişilərdən ibarət 6 nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Çempionatda “Full contact” növündə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı kiçik gizir Camal Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb. Bundan başqa, “full contact” növü üzrə İdman-sağlamlıq klubunun üzvləri 71 kq çəki dərəcəsində Ayxan Həsənov, “low kick” növü üzrə isə 60 kq çəki dərəcəsində Sadiq Nəhmədli və FHN Akademiyasının kursantı 81 kq çəki dərəcəsində İlqar Zeynallı yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Azərbaycan Kikboksinq Federasiyasının medalı və nazirliyin diplomu təqdim olunub.

Qeyd edək ki, Camal Məmmədov 2 qat Azərbaycan çempionu, Dünya çempionatının gümüş mükafatçısı olmaqla yanaşı bu ilin avqust ayında Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.

24 may 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

Qəbələdə Ümumrespublika birinciliyinə start verilib

25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. ...

Ardını oxu

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib. ...

Ardını oxu