AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ







Geri

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

Digər məlumatlar

Qusar rayonunda leysan nəticəsində köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib (video, foto)

Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub....

Ardını oxu

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti 12-15 sentyabr 2021-ci il tarixlərində Ukrayna Respublikasının Xarkov şəhərində işgüzar səfərdə olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu