AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ





Geri

Quba rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

13 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Quba rayonu Çartəpə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə slayd və videoçarxların müşayiəti ilə təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması yolları barədə danışılıb. Həmçinin, fövqəladə hallar baş verdikdə zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.

Bundan başqa, tədbirdə ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə də məlumat verilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

 

Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib

18 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib....

Ardını oxu