AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

Geri

06 oktyabr 2022-ci il saat 14:15-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli obyektin (şirniyyat evi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ərazidə 3 ədəd ağac yanıb. Yüksək temperaturdan bitişik tikilinin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi əriyib. Obyektin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qax rayonunun Əmbərçay kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 oktyabr 2022-ci il saat 12:45-dək:

Cəlilabad rayonunun Təzəkənd kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 oktyabr 2022-ci il saat 07:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan kafenin mətbəxində mebel 1 p.m yanıb. Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 390 m² (hər mərtəbəsi 130 m²) olan mansarda tipli ikimərtəbəli evin mansardasında 1 ədəd soyuducu, 1 ədəd televizor, 3 p.m mebel, taxtadan ibarət üzlük və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Şəfibəyli kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 oktyabr 2022-ci il saat 01:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "Москвич" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.