AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil müəssisəsinin əməkdaşlarını və kursantları Novruz bayramı münasibətilə təbrik edib. Novruz bayramına dair ənənələr və rəmzlər barədə məlumat verən Akademiya rəisi bildirib ki, xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq bu milli bayramı təntənə ilə qeyd edir. Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir.
B.Salayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən söz açaraq diqqətə çatdırıb ki, baharın gəlişi məhz bu şanlı qələbə sayəsində işğaldan azad edilmiş ərazilərimizdə də böyük təntənə ilə qeyd olunur.
Sonra tədbirin bədii hissəsi Akademiyanın hərbi orkestrinin konsert proqramı ilə təqdim edilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub....
Ardını oxuÖtən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun... ...
Ardını oxuMilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, ...
Ardını oxu