AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı 85mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəki-Zaqatala və Mərkəzi Aran Regional Təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbirlər keçirilib. ...
Ardını oxu30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və para-karateçilər arasında 31-ci respublika çempionatı keçirilib. ...
Ardını oxu