AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ








Geri

FHN-in idmançıları növbəti qələbələr əldə ediblər

10-16 yanvar 2022-ci il tarixlərində Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks mərkəzinin arenasında böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda 13 çəki dərəcəsi üzrə 29 komandadan 100 idmançı öz qüvvəsini sınayıb. Yarışda FHN-in boks komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi altında yüksək nailiyyətlər əldə edib. Belə ki, 86 kq çəki dərəcəsində komandanın üzvü Eldar Quliyev bütün rəqiblərinə qalib gələrək qızıl, 51 kq çəki dərəcəsində isə komandanın digər üzvü Nicat Abidov əzmkar mübarizə apararaq bürünc medala layiq görülüblər. Qaliblərə Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub. Qeyd edək ki, yarışda uğur qazanmış mükafatçılar boks üzrə yığma komandanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda iştirak edəcəklər.

14-16 yanvar 2022-ci il tarixlərində Masallı Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləş növü üzrə Yeniyetmələr arasında Masallı rayon açıq turniri keçirilib. 2 yaş qrupunda keçirilən və 40 komandadan 750-yə yaxın idmançının mübarizə apardığı yarışda FHN-in İdman-sağlamlıq klubunun güləş komandası klubun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi altında 4 idmançı ilə iştirak edib. Yeniyetmə oğlanlar arasında 60 kq çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov 3 görüş keçirərək yarışın bürünc medalına sahib olub. Qaliblərə Azərbaycan Güləş Federasiyasının diplom və medalları təqdim olunub.

14-16 yanvar 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo idman növü üzrə U-18 yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 41 komanda olmaqla 520-yə yaxın idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun cüdo komandası klubun əməkdaşı Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərib. Belə ki, qızlar arasında klubun xanım idmançısı 52 kq çəki dərəcəsində Fidan Qasımova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Cüdo yarışlarını izləyənlər arasında olan gənclər və idman naziri Fərid Qayıbov qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplom və medalını təqdim edərək onları təbrik edib.

18 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Digər məlumatlar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub

16-20 may 2022-ci il tarixlərində  Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti taxıl tədarükü ilə bağlı növbəti silsilə seminar-müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu