AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ

Geri

27 may 2023-cü il saat 20:30-dək:

Tərtər rayonunun Əskipara kəndində həyətyanı sahədə yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqda olan ot bağlamaları və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad şəhərində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin dam örtüyü 80 m² sahədə, 2 otağının tavanı qismən 20 m² sahədə və yaxınlıqda olan 4 ədəd ağac yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 may 2023-cü il saat 14:15-dək:

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbəsində ümumi sahəsi 264 m² olan birmərtəbəli, dördotaqlı fərdi evin yanar konstruksiyaları 220 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

27 may 2023-cü il saat 13:30-dək:

Ağsu rayonunun Padarqışlaq kəndində ümumi sahəsi 68 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 may 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfərə müvafiq köməklik göstərilib.

Geri

27 may 2023-cü il saat 07:00-dək:

İsmayıllı rayonunun Mollaisaqlı kəndində ümumi sahəsi 42 m² olan dəmir konstruksiyalardan ibarət tövlənin içərisinə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Lək kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 2,5 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 may 2023-cü il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.