AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb. M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata görə, binanın üçüncü mərtəbəsində elektrik naqilləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Şəmkir rayonunun Yeniabad kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.;
Tovuz rayonunun Dönük Qırıqlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Masallı rayonunda ümumi sahəsi 143 m² olan birmərtəbəli evin mətbəxinin lambirindən ibarət tavanı 8 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Yasamal və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 9 nəfərin liftdən çıxarılması təmin edilib.
Yevlax şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan (hər mərtəbəsi 30 m²) ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 450 m² olan ikimərtəbəli kommunal tipli binanın dam örtüyü 180 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 56 m² olan mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb. Evin, binanın qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağsu rayonunun Ərəbmehdibəy kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 48 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.