AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ







Geri

19 aprel 2021-ci il saat 11:00-dək:

Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli köməkçi tikilinin içərisində həcmi 25 litr olan məişət qaz balonundan sızan qaz və məişət əşyaları 3 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 aprel 2021-ci il saat 08:30-dək:

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində ümumi sahəsi 30 m² olan tövlənin çardağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

19 aprel 2021-ci il saat 07:00-dək:

Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

19 aprel 2021-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Həmidzadə Azad Qasım oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.