AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Göyçay rayonunun Qaraxıdır kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunun Xosrov kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 55 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Samux rayonunun Lək kəndində istixana ərazisində ümumi sahəsi 30 m² olan qazanxananın yanar konstruksiyaları və içərisində 1 ədəd qızdırıcı yanıb. İstixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan plastikdən ibarət tikilinin (fəhlələrin geyinib-soyunması üçün istifadə olunur) yanar konstruksiyaları 200 m² sahədə və içərisində 3 ədəd elektrik su qızdırıcısı qismən yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.