AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ







Geri

27 noyabr 2020-ci il saat 22:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 noyabr 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 noyabr 2020-ci il saat 19:00-dək:

Şəmkir rayonunun Mahmudlu kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 1 otağının tavanı və qamışdan ibarət dam örtüyü  12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğın nəticəsində bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi  56 m² olan mənzildə geyim əşyaları 7 m² sahədə və 2 ədəd dolab 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən raonunun Mahamalar kəndində ümumi sahəsi 90 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 noyabr 2020-ci il saat 14:30-dək:

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyləri nəticəsində qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

27 noyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 noyabr 2020-ci il saat 08:45-dək:

Qax rayonunda ümumi sahəsi 400 m² olan mağazanın zirzəmisində karton taralar 5 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun Böyük Şamlıq kəndində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 35 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan əşyalar 10 m² sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Tatarlı kəndində ümumi sahəsi 108 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, içərisindəki ev əşyaları və zirzəmisinə yığılan 10 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.