AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ








Geri

Ölkə ərazisində hökm sürən küləkli hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Məlum olduğu kimi, gecə saatlarından başlayaraq ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hökm sürən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur. 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu