AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ





Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Ötən gecə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Əliyev Həzi Nəcəfqulu oğluna məxsus beşotaqlı fərdi yaşayış evində baş verdiyi müəyyən olunub.

Yanğınsöndürmə bölmələrinin səyi ilə yanğın qısa müddətdə genişlənməsinin qarşısı alınaraq söndürülüb. Yanğın nəticəsində evin 1 otağının yanar konstruksiyaları və əşyaları, zirzəmisi qismən yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının evin qalan hissəsinə yayılmasının qarşısı alınıb.

Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib

18 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib....

Ardını oxu