AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ







Geri

FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2020-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Pak-Nur” MMC, “Xırman” MMC, “Saf Ekspress Aqro” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, Dəvəçi-Dəyirman” MMC  və Ağstafa Aqrar Sənaye Kompleksi müəssisələri vasitəsilə 2020-ci ilin iyun ayının 29-dan sentyabr ayının 1-nə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 380 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

  • buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)  

  • buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

  • buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə):

  • bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq:

  • 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
  • yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)

VI.  Şüşəvarilik:

  • 3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir                        

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX.   Anbar ziyanvericiləri  ilə sirayətlənmə - yol  verilmir                                                         

X.  Digər əlamətlər (göstəricilər) – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir.

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00-dan 18:00 -a kimi):

  • “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
  • “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
  •  “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel:  012-342-90-04; 050-585-84-08, 070-585-84-08;
  •  “Karat-Holdinq” MMC: Xirdalan şəhəri,  Samaxı şossesi-23,  tel: 050-222-38-36;
  • “Karmen”  MMC: Abşeron rayonu, Yeni  Samaxı şossesi-23,  tel: 050-265-80-75;                        
  • “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
  • “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
  • “Muğan” ASC, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
  • “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 050-200-11-87;
  • “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69; 
  • “Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;
  • “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
  • “SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
  • “Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel:  050 222 65 22;
  •  “Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66;
  • “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;                                        
  • Ağstafa Aqrar Sənaye Kompleksi, Ağstafa şəhəri S.Vurğun, tel: 050-270-93-03, 050-264-88-38.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

  • Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilmişdir;
  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaqdır.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25  və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Digər məlumatlar

FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (foto-video)

24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimzin ailələrini ziyarət ediblər. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb (video)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən mebel sexində planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud oluğu müəyyən edilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir. Bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb....

Ardını oxu