AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Uludaş kəndində 1 nəfərin fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşın xilas olunması təmin edilib.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İsmayıllı rayonunun Xanagah kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli kafenin dam örtüyünün taxta atmaları 75 m² sahədə və içərisində olan məişət əşyaları yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Goranboy rayonunun Goran qəsəbəsində yarımstansiyanın ərazisində ümumi sahəsi 544 m² olan tikilinin içərisində 14 ədəd elektrik lövhəsi yanıb. Tikili və digər elektrik lövhələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gədəbəy şəhərində ümumi sahəsi 320 m² olan ikimərtəbəli yataqxana binasının dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, bitişik ümumi sahəsi 120 m² olan fəaliyyət göstərməyən redaksiya binasının yanar konstruksiyaları və bitişik ümumi sahəsi 231 m² olan fəaliyyət göstərməyən mətbəə binasının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Yataqxana və mətbəə binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Balakən şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli 1 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 15 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.