AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ

Geri

01 aprel 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Geri

01 aprel 2023-ci il saat 08:00-dək:

Salyan şəhərində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün taxta atmaları 50 m² sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Çılğır kəndində ümumi sahəsi 98 m² olan talvarın taxta atmaları, altına yığılan 25 ton ot bağlamasının 15 tonu və 1 ədəd mini-motoblok yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2023-cü il saat 02:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 800 m² olan anbarın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 20 m² sahədə və bitişik ümumi sahəsi 160 m² olan ikimərtəbəli (hər mərtəbəsi 80 m²) tikilinin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Anbarın və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2023-cü il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.