AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ

Geri

18 avqust 2022-ci il saat 06:30-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının çöl divarına quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 8 p.m kabel yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 m² olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 m² sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 m² sahədə və 4 ədəd kondisioner yanıb. Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Atakişili kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan (fəaliyyət göstərməyən) ikimərtəbəli sexin dam örtüyünün taxta atmaları 500 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Birinci Aşıqlı kəndində həyətyanı sahədə yığılan 9 ton ot bağlamasının 3,5 tonu və yaxınlıqda 30 m² sahədə kol-kos yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Astara rayonunun Təngərud kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan ot tayası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 avqust 2022-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 7-ci mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.