AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Lənkəran şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1962-ci il təvəllüdlü Qasımov Söhrab Bəşir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ağırçəkili 1 nəfərin yaşadığı mənzilə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının damında quraşdırılan mühərrik və zirzəmidən keçən kabellər (liftin havalandırma sisteminin) 6 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qəbələ rayonunun Kürd kəndində “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2,2 ton ot bağlaması, yaxınlıqda ümumi sahəsi 100 m² olan tövlənin çardağının taxta atmaları və içərisinə yığılan 4,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ucar rayonunun Boyat kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları və yaxınlıqdakı 6,5 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Goranboy rayonunun Gülməmmədli kəndində ümumi sahəsi 156 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (tavanı qamış və torpaq örtükdən ibarət) yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.