AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər.
Təlim proqramının təşkilində məqsəd müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə qərarlarının qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılması, yaranmış əməliyyat şəraitinin təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlər barədə təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
Təlim iştirakçılarına yuxarıda göstərilən istiqamətlər üzrə mühazirələr keçirilib, həmçinin Koreya Geoloji və Mineral Ehtiyatlar İnstitutunun nəzdində Zəlzələ araşdırma mərkəzi və Koreya Su Resursları Korporasiyasına səfərlər təşkil edilib, qurumların fəaliyyəti barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, təlim proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində mülki müdafiənin vəziyyətinə dair müşavirə keçirilib. ...
Ardını oxu