AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ

Geri

Lənkəranda “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, “Məktəblinin dostu” layihəsinə cəlb olunan müəllim və psixoloqlar iştirak edib.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş olunub.

Sonra təlimin praktiki hissəsinə start verilib. Şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra təlim iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, təlim iştirakçıları üçün zərərçəkmişin xilas edilməsi və ilkin tibbi yardım nümayiş olunub.

Sonda xilasetmə alət və avadanlıqları barədə təlim iştirakçılarına məlumat verilib.

Digər məlumatlar

FHN-in regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 32 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. ...

Ardını oxu