AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ

Geri

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Hazırda Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır. Xaçmazda yanğınsöndürmə işlərinin effektli aparılması üçün su ehtiyatını təşkil etmək məqsədilə əraziyə yanğın qatarı gətirilib.

Bu saata olan məlumata görə, respublika üzrə 110 yanğına çıxış qeydə alınıb ki, onun da 32-si Şimal bölgəsinin payına düşür.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 

Digər məlumatlar

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Xidmətin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında yanğın-xilasetmə idman növü üzrə respublika birinciliyinin final mərhələsini keçirib. ...

Ardını oxu

Hacıqabul rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 26-28 sentyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda...

Ardını oxu

Daha bir qanunsuz tikinti işinin qarşısı alınıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu