AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
2-3 iyul 2022-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib. Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib.
Beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.
Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı gözlənilir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 11 avqust 2022-ci il tarixində Lənkəran və Astara xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu