AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonunda yerləşən “Atena” süd emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Tədbirdə istehsal sahələrində yanğın təhlükəsizliyi normaları, həmçinin adıçəkilən obyektdə yanğına qarşı tələblər barədə məlumat verilib.
Bundan başqa, müəssisə ərazisinin istifadəsiz tullantılardan mütəmadi təmizlənməsinin, yanğınxəbərverici siqnalizasiya qurğularının və daxili yanğın su kranlarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, təxliyə planı barədə izahedici söhbətlər aparılıb, eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əməkdaşlara əyani şəkildə izah edilib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...
Ardını oxuBu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Sabunçu rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. ...
Ardını oxu