AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ







Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq statistik rəqəmlərdə müsbət nəticələr qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində 2020-ci və 2021-ci illərin I rübü ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlilini aparıb.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq müəssisə və təşkilatlarda həyata keçirilən nəzarət, o cümlədən əhali ilə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, yanğın hadisələrinin göstəricilərinin dinamikasında azalmaya nail olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların ümumi sayında 108, insan tələfatı 3, yaşayış sektorunun payına düşən yanğınlarda 109, ticarət obyektlərində 2, meşə sahələrində 1, nəqliyyat vasitələrində baş vermiş yanğınların sayında 9 fakt azalma, yanğın hadisələrindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətə dəyən maddi ziyanın məbləğində isə 116000 manat (2%) azalma qeydə alınıb.

Yanğınların profilaktikası istiqamətində Xidmət tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər davam etdirilir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

Bağça uşaqlarının Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinə ekskursiyası təşkil olunub

4 may 2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən akademik Zərifə Əliyeva adına uşaq bağçasının uşaqları üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinə ekskursiya təşkil olunub. ...

Ardını oxu