AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ






Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər, o cümlədən Şəmkir rayonunda 4 ədəd minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Sabunçu rayonunda 1955-ci il təvəllüdlü İsmayılova Gülizar Sadiq qızının meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Digər məlumatlar

FHN DYMX-nin rəisi Füzuli Əsədov Belarus Respublikasına səfər edib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov Belarus Respublikasında Xilasedicilər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər edib. ...

Ardını oxu

FHN Bakı Regional Mərkəzində “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu