AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ






Geri

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Mərkəzin xilasediciləri şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstərib, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbirlər keçirib. ...

Ardını oxu

Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir....

Ardını oxu

“Bakı Metropoliteni” QSC-də növbəti yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri metronun “20 Yanvar” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib....

Ardını oxu