AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ






Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində inşa olunan uşaq bağcasının, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən isə Gəncə şəhərində inşa olunan yaşayış binasının tikinti meydançasında yanğına qarşı təbliğat tədbiri keçirilib.

İnşa olunan obyektlərin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə tikinti-quraşdırma işləri icra edərkən, eləcə də inzibati və ictimai binalarda, o cümlədən məişətdə yanğın təhlükəsizliyi qaydalarına dair ətraflı məlumat verilib. Ərazinin daim təmiz vəziyyətdə saxlanılması, təxliyyə yollarının qaydaların tələblərinə cavab verməsi, yanğın zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin iş qaydaları, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.

Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbirlər keçirib. ...

Ardını oxu

Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir....

Ardını oxu

“Bakı Metropoliteni” QSC-də növbəti yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri metronun “20 Yanvar” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib....

Ardını oxu