AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ






Geri

FHN-in Gəncə Regional Mərkəzində “açıq qapı günü” keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 14 oktyabr 2021-ci il tarixində Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Gəncə ASAN könüllüləri üçün “açıq qapı günü” keçirilib.

Tədbirin keçirilməsində məqsəd könüllülərin FHN Gəncə Regional Mərkəzinin fəaliyyəti, o cümlədən qəza-xilasetmə əməliyyatlarında istifadə edilən xilasetmə texnika və avadanlıqları ilə tanış olması, eyni zamanda onlara fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərin aşılanması olub.

Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə, əvvəlcə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli Mərkəzin fəaliyyəti barədə ətraflı danışaraq, fərdi və ictimai təhlükəsizlik qaydalarına qarşı məsuliyyətin artırılması, hərbi vətənpərvərlik mövzularında çıxış edib.

Mərkəzin inzibati binasında “Ümummilli Lider Heydər Əliyev guşəsi” ziyarət edildikdən sonra pandemiya qaydaları qorunmaqla Mərkəzin akt zalında davam etdirilən tədbirdə, iştirakçılara təbii və texnogen mənşəli fövqəladə hallar, ölkəmiz üçün xarakterik olan fövqəladə halların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.

Daha sonra tədbir iştirakçıları xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin kazarması və sinif otağında aparılan dərslərlə tanış olublar. Həmçinin, tədbir çərçivəsində xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə şərti "həyəcan" siqnalı verilərək, xilasetmə işləri, o cümlədən köməksiz vəziyyətdə qalmiş yaralının xilas edilməsi əməliyyatı nümayiş olunub.

Könüllülər qəza-xilasetmə texnikaları, alət və avadanlıqları ilə də tanış olub, onların iş prinsipləri barədə ətraflı məlumat alıblar.

Könüllülərin böyük marağına səbəb olmuş “açıq qapı günündə” onların mövzu ilə bağlı sualları cavablandırılıb.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbirlər keçirib. ...

Ardını oxu

Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir....

Ardını oxu

“Bakı Metropoliteni” QSC-də növbəti yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri metronun “20 Yanvar” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib....

Ardını oxu