AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

Geri

Avropa İttifaqının “PPRD East3” Şərq proqramının 3-cü fazası çərçivəsində Məşvərət Qrupunun iclası keçirilib

14 sentyabr 2023-cü il tarixində “JW Marriott Absheron Baku” otelində Avropa İttifaqının (Aİ) “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (“PPRD East3”) çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Məşvərət Qrupunun iclası keçirilib.

Tədbirə Fövqəladə Hallar, Xarici İşlər, Səhiyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika və Gömrük komitələrinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, TƏBİB-in, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, Aİ-nin Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş İdarəsinin, BMT-nin Fəlakət Risklərinin Azaldılması üzrə Avropa və Mərkəzi Asiya ofisinin, İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin (CİMA), İsveçin Mülki Müdafiə Agentliyinin (MSB) və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Sözügedən iclasda Aİ ilə mülki müdafiə və fəlakət risklərinin idarə edilməsi sahəsində əməkdaşlığın hazırki vəziyyəti, əməkdaşlıq perspektivləri, o cümlədən “PPRD East3” proqramı çərçivəsində əldə olunmuş nəticələr və həyata keçirilməsi planlaşdırılan tədbirlər, həmçinin Şərq proqramının mütəxəssisləri tərəfindən hazırlanmış fəlakət risklərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsini nəzərdə tutan tövsiyə sənədi ətrafında geniş müzakirələr aparılıb.

İclasda, həmçinin tövsiyə sənədində yer alan müddəalardan irəli gələn məsələlərlə bağlı təhlükələrin proqnozlaşdırılması və fəlakət risklərinin qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi, fövqəladə halların proqnozlaşdırılması, qurumlararası koordinasiya və fəlakət risklərinin idarə edilməsinə vətəndaş cəmiyyətinin cəlb olunması mövzularında təqdimatlar edilib.

Eyni zamanda, görüşdə risklərin qiymətləndirilməsi üzrə milli qaydaların işlənib hazırlanması və fövqəladə halların proqnozlaşdırılması üçün zərurui olan erkən xəbərdarlıq sistemlərinin tətbiqi istiqamətində aparılan işlərlə bağlı ətraflı məlumat verilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

    Xəbər verildiyi kimi, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub....

Ardını oxu